ENA+

Babək prospektində təmir işləri nə vaxt bitəcək?

Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq.

"BI" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən “Maşın bazarı”na kimi olan hissəsində işlər bitib:

 

“Hazırda Babək körpüsünün alt hissəsində işlər aparılır. Bu işlərin iki-üç gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq”.

Qeyd edək ki, Babək prospektində təmir işlərinə 2018-cı ilin əvvəlindən başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)