MALİYYƏ

Prezident, MBNP-nin səlahiyyətləri ötürülən Mərkəzi Banka 1 ay vaxt verib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvindən sonra qurumun bütün səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına ötürülüb.

Azərbaycan Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamında Azərbaycan Respublikasının Mərkəzi Bankı 1 (bir) ay müddətinə vaxt verilib.

– “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

–  müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)