Amsterdamlılar “məşhur küçə”nin adını dəyişir
Amsterdam merinin turizm məsələləri üzrə müavini Viktor Everxardt şəhərin “Qırmızı fənərlər küçəsi”nin adından imtina etmək niyyətində olduqlarını bildirib.
Xəbəri “Het Parool” dərgisi yayıb.
Mer müavini hesab edir ki, bu ad şəhəri intim xidmətlərlə assosiasiya edir.
Şəhər şurasında keçirilən müzakirələrdə Viktor Everxardt küçəyə tarixi adının (De Vallen) qaytarılmasını və ya sadəcə, “şəhərin mərkəzi” adlandırmağı təklif edib. Mer müavini amsterdamlıların dəyişiklik qərarı barədə xəbərdar olduqlarını və aparılan müzakirələrdə iştirak etdiklərini bildirib.
2019-cu ilin fevral ayında Amsterdamın meri Femke Xalsima sözügedən küçənin adından imtina etmək barədə çağırış etmişdi. Qadın siyasətçi əxlaqsız xidmətlərin turizm vasitəsinə çevirməyi alçaldıcı və yolverilməz olduğunu vurğulayıb.