7 bankın qiymətli kağızlara investisiyaları azalıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-nün aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 7-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar "Bank VTB Azərbaycan", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Xalq Bank", "Nikoyl Bank", "Turan Bank" və "Günay Bank"dır. Ən çox azalma "Günay Bank"da (100%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (2,1%) qeydə alınıb.
1 bankda - "Atabank"da qiymətli kağızlara investisiyalar dəyişməyib.
15 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Access Bank", "Express Bank", "Bank of Baku", "Unibank", "Azər-Türk Bank", "Zıraat Bank Azərbaycan", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı, "AFB Bank", "Bank Respublika", "Bank BTB", "Azərbaycan Beynəlxalq Bankı", "Rabitəbank", "PAŞA Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "Access Bank"da (19,8 dəfə), İran bankında (0,3%) qeydə alınıb.
7 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.