Elm və Texnologiya

“Telegram”ın yaradıcısı: "Hakerlər bir video göndərməklə bütün məlumatlarınızı əldə edə bilərlər"

“Telegram”ın yaradıcısı Pavel Durov öz “Telegram” kanalında “WhatsApp” istifadəçilərinə müraciət edib.

Onun sözlərinə görə, “WhatsApp” tətbiqi nəinki istifadəçilərin məlumat təhlükəsizliyini təmin etmir, eyni zamanda, onların şəkillərindən və mesajlaşmalarından da istifadə edir.

O qeyd edib ki, tətbiqin zəif tərəfləri istifadəçilərin şəxsi məlumatlarını hakerlərə və dövlət qurumlarına bəlli edir:

“Hakerlərin bir video göndərməsi bütün məlumatlarınızı əldə etmələrinə kifayət edir. Əgər siz bir gün şəkillərinizin və şəxsi məlumatlarınızın bütün ictimaiyyətin görməsini istəmirsinizsə, telefonunuzdan bu tətbiqi silin”, - deyə o xəbərdarlıq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)