AFB Bank işçi axtarır - VAKANSİYA
AFB Bank Hüquq Strukturunun hüquqşünası vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Hüquqşünas
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali hüquqi təhsil;
• Mülki və bank qanunvericiliyi bilikləri;
• Bankda hüquq sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
• MS Office proqramlarından istifadə bacarığı;
• Mükəmməl Azərbaycan dili biliyi;
• Qərarvermə və komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Bankın bağladığı mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, müqavilələrə viza verilməsi;
• Bankın bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya qurumlarında təmsil edilməsi;
• Qanunverici aktlar üzrə şərh və izah verilməsi;
• Bankın idarəetmə orqanlarının iclaslarında katib funksiyasının icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq strukturunun hüquqşünası” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.