Sosial iqtisadiyyat

“Publik hüquqi şəxslər dövlət üçün bir bəladır”

Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub. 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha üç il müddətinə uzadaq?

ENA.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib. 

V.Əhmədov onu da bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: 

“Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır? Bunu da bilmək istərdim”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)