ABŞ “Brent”markalı neftin qiymətinə dair proqnozunu dəyişib
ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) “Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnozunu 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.
“ENA” xəbər verir ki, bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir.
2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu isə 60,01 dollar/barel olaraq müəyyən edilib.
Hesabatda qeyd olunub ki, “WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.
EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq. Buna səbəb ilin ilk yarısında xam neftə olan tələbatın artması olacaq.