Sosial iqtisadiyyat

AQTA: Enerji içkilərinin istehsalında etil spirtinin istifadəsinə yol verilməyəcək

"Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "ENA"ya verilən məlumata görə, agentlik tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department