ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib
![](https://ena.az/uploads/news/2019-11/_ena_6e8a8b8fe3f66414695b4a709_o.jpg)
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Yaponiyanın Aomori prefekturası üzərindən etdiyi təlim uçuşu zamanı təlim mərmisini itirib.
ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı "Twitter" hesabında məlumat verib.
Yerli KİV-in məlumatına görə, raket təyin olunmuş uçuş bölgəsindən bir neçə kilometr məsafədə yerləşən Rokkase kəndindəki özəl sektor ərazisinə düşüb.
Xəsarət alanalar və dəymiş ziyan barədə hələlik heç bir məlumat yoxdur.