Sənaye

Azərbaycanda yeni mis və qızıl yataqları kəşf edilib

Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) şirkəti Azərbaycanın Gədəbəy rayonu ərazisində yeni mis və qızıl yataqları kəşf edib.

"ENA" xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Mis və qızıl yataqlarının aşkar edildiyi Avşanclı ərazisi Gədəbəydən 10,5 kilometr şimal-şərqdə yerləşir. Bu ərazidə iki qızıl-mis zonası (Avşanclı-1 və Avşanclı-2) və bir mis-qızıl zonası (Avşanclı-3) var.

"Gilar" qızıl-filiz yatağı "Avşanclı-1"dən 2 km cənubda yerləşir.

Şirkət Şimal zonadakı yataqda hər tonda 11,8 qram, Cənub zonasında isə hər tona 16 qram qızıl aşkar edib.

AAM həmçinin "Avşanclı-1"də almaz qazma işlərinə başlandığını və Gilarda qazma proqramının planlaşdırıldığını qeyd edir.

AAM-dan bildiriblər ki, hazırda şirkət Birgə Filiz Ehtiyatları Komitəsindən qiymətləndirmə almaq üçün çalışır.

Bundan əlavə, şirkət Azərbaycanda Qoşa müqavilə ərazisindəki qazma proqramını genişləndirdiyini açıqlayıb. Altı almaz yatağında qazma işləri üçüncü rübdə tamamlanıb. Ordubadda Dırnıs mis-gümüş zonasında səkkiz almaz yatağının qazılmasından sonra aparılan təhlillər yaxşı nəticələr verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department