Neft Fondu valyuta hərraclarındakı satışını azaldıb
![](https://ena.az/uploads/news/2019-11/_ena_85d84d23ee05a19d6dff643a5_o.jpg)
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 167,7 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“ENA” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Təkcə bu ilin oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 654,85 milyon dollar təşkil edib. Bu, isə ötən ilin oktyabr ayına nisbətən 33,8% çoxdur.