Bank

Kartlara köçürülən pulların 80%-ə yaxını nağdlaşdırılır

Debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatlarda nağdsız ödənişlərin səviyyəsi 17%-dən 21%-ə yüksəlib. Eyni zamanda, nağd pulun çıxarılması səviyyəsi 83%-dən 78,7% geriləyib.

2019-cu ilin sentyabr ayında debet və kredit  kartları vasitəsilə 1 milyard 911 milyon manatlıq əməliyyatlar aparılıb. Əməliyyatların 1 milyard 773 milyon manatlıq hissəsi ölkə daxilində, 138 milyon manatlıq hissəsi ölkə xarixində aparılıb.

"ENA" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 1 milyard 773 milyon manatlıq ölkədaxili əməliyyatın 78,7%-ni və ya 1 milyard 395 milyon manatını nağd pulun çıxarılması, 21,3%-ni və ya 378 milyon manatını nağdsız ödənişlər təşkil edib.

Nağdsız ödənişlərin 105 milyon manatı POS-terminallar, 255 milyon manatı elektron ticarət, 18 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Sentyabr ayında debet və kredit kartları vasitəsilə 1 milyard 411 milyon manatlıq əməliyyat aparılmışdı (1 milyard 314 milyon manatı ölkədaxili, 97 milyon manataı ölkəxarici). Ölkə daxilində aparılmış 1 milyard 314 milyon manatlıq əməliyyatın 83%-ni və ya 1 milyard 89 milyon manatını nağd pulun çıxarılması, 224 milyon manatını və ya 17%-ni nağdsız ödənişlər təşkil etmişdi.

Ötən ilin Sentyabr ayında nNağdsız ödənişlərin 89 milyon manatı POS-terminallar, 123 milyon manatı elektron ticarət, 12 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilmişdi.

Nağdsız ödənişlərin artmasına ən böyük töhfəni elektron ödənişlər verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)