Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyir
Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.
"ENA" xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.
Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.
“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, - deyə o, qeyd edib.