İnşaat və əmlak

Azərbaycan bankı girovdakı avtomobilləri – SATIŞA ÇIXARDI – SİYAHI, QİYMƏTLƏR

“Bank VTB Azərbaycan” girovda olan avtomobilləri satışa çıxarıb.

ENA.az xəbər verir ki, ümumilikdə hərraca 8 maşın çıxarılıb.  Onlardan birinin hərracı bu gün səhər saatlarında baş tutub. Bunlar 2 ədəd Chevrolet Aveo, Seat Leon, Chevrolet Cruze, Kia Cerato, 2 ədəd Kia Rio və Kia Sportage avtomobilləridir.

«Chevrolet Aveo» – 6 500 manat

Avtomobilin buraxılış ili 2013, mühərrikinin həcmi isə 1400 (sm3)dir. Maşın sedan kuzovlu ağ rəngdədir. İstifadə etdiyi yanacaq növü benzindir. Yürüşü 432 959 km-dır. Sürət qutusu mexanikadır.

Eləcə də bax: Köhnə maşını olanların nəzərinə - YENİ QADAĞALAR GƏLİR

Hərrac 30.10.2019-cu il tarixində saat 11:00-da Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-də (Bakı şəh., Yasamal ray.,C.Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 6-cı mərtəbə) keçiriləcək.

«SEAT Leon» – 10 000 manat

Bankın hərraca çıxaracağı növbəti avtomobil Seat Leondur. Maşının ağ rəngli, 2013-cü il buraxılışlıdır. Xetçbek kuzovlu avttomobilin mühərikinin həcmi 1200 (sm3) -dir, yürüşü isə 226752 kilometrdir. Sürət qutusu avtomatdır. Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan 17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək.

«Chevrolet Cruze» – 9 450 manat

Avtomobilin buraxılış ili 2013-dür. Sedav kuzovludur. Mühərrikin həcmi 1800 (sm3) - dir. Yanacaq və yürüşü göstərilməyib. Sürət qutusu avtomatdır. Avtomobilin rəngi isə tünd metal rəngindədir.

Hərrac 31.10.2019-cu il tarixində saat 11:00-da Naxçıvan MR Auksion Mərkəzi Atatürk küçəsi 42 ünvanında keçiriləcək.

«Kia Cerato» – 14 025 manat

Avtomobil 2013-cü il buraxılışıdır. Kuzovu sedan, mühərrikinin həcmi isə 1600 (sm3) dir. Avtomobilin yanacaq növü benzindir, yürüşü göstərilməyib. Avtomobilin ilkin satış qiyməti 14 025 manatdır. Hərrac 28.10.2019-cu il tarixində saat 11:00-da Daşınar və Daşınmaz Əmlakın satış Mərkəzi MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçirilib.

«Chevrolet Aveo» – 6 800 manat

Buraxılış ili 2013-cü il, kuzov tipi isə sedandır. Mühərrikin həcmi 1400 (sm3) dir. Yanacaq növü benzindir. Sürət qutusu avtomatdır. Maşının rəngi ağdır. Hərracda ilkin satış qiyməti  6 800 manatdır. Hərrac 30.10.2019-cu il tarixində saat 11:00-da Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək.

«Kia Rio» – 13 000 manat

Avtomobilin buraxılış ili 2013, kuzov nüvü isə xetçbekdir. Avtomobilin mühərrik həcmi 1400-dür. Maşının yanacaq növü və yürüşü göstərilməyib. Sürət qutusu avtomat, rəngi isə qaradır.

Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan 17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək.

«Kia Rio» – 8 500 manat

Avtomobilin buraxılış ili 2013, kuzov tipi isə sedandır. Maşının mühərrikinin həcmi 1400 (sm3), yanacaq növü isə 1400-dür. Maşının sürət qutusu avtomat, rəngi ağ, ilkin satış qiyməti isə 8500 manatdır.

Hərrac 28.10.2019-cu il tarixində saat 11:00-da Daşınar və Daşınmaz Əmlakın satış Mərkəzi MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək

«Kia Sportage» - 22 000 manat

Avtomobilin buraxılış ili 2013-cü ildir. Kuzov növü universaldır. Mühərikinin həcmi isə 2000 (sm3)-dir. Yanacaq növü və yürüş göstərilməyib. Sürət qutusu avtomat, rəngi qaradır. İlkin satış qiyməti  22 000 manatdır. Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan-17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək.

Hərracda iştirak üçün hərrac tarixinə 3 saat qalmış 5% miqdarında beh ödənilməlidir. Hərrac zamanı avtomobilin ilkin satış qiyməti dəyişilə bilər. Avtomobilin hərracla satışı zamanı yaranan xərclər (dövlət rüsumları) avtomobilin təyin olunmuş satış qiymətinə daxil deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)