Elman Rüstəmov istefa xəbərindən danışdı
![](https://ena.az/uploads/news/2019-10/_ena_9555d628ed8c7068a8ab7e9e3_o.jpg)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov istefa verməsi barədə son günlər yayılmış məlumatlara münasibət bildirib.
“ENA”nın məlumatına görə, baş bankir keçirdiyi mətbuat konfrasında deyib.
“Mən bu gün AMB-nin sədri kimi sizin qarşınızda çıxış edirəm. Jurnalistlərdən xahiş edirəm ki, ancaq rəsmi mənbələrə inansınlar”.
Ancaq ölkənin baş bankiri məlumatların yalan olması barədə heç bir açıqlama vermədən islahatların davam edəcəyini, o cümlədən maliyyə sektorunda optimallaşdırmanın olacağını təsdiqləyib.