Neft və qaz gəlirləri açıqlandı
2001-ci ildən etibarən Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 136 milyard 782 milyon ABŞ dolları təşkil edib (01.11.2018 tarixinə).
Dövlət Neft Fondundan "BI"yə daxil olmuş məlumata görə, 01.01.2018 - 01.11.2018 tarixlərində AÇG yatağından 8 milyard 296 milyon ABŞ dolları gəlir əldə edilib. O cümlədən, cari ilin 10 ayı ərzində "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 181 milyon ABŞ dolları təşkil dib.
"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 milyard 506 milyon ABŞ dolları təşkil edib (01.11.2018 tarixinə).