ENA+

Ən yaxşı və pis pensiya sistemi olan - ÖLKƏLƏR

“Melbourne Mercer Global Pensions Index” beynəlxalq konsaltinq kompaniyası və Melburnda yerləşən Monaş Universitetinin nəzdində fəaliyyət göstərən Maliyyə Araşdırmalar Mərkəzi dünyanın ən yaxşı pensiya sistemlərinin 11-ci reytinqini təqdim ediblər.

ENA.az xəbər verir ki, araşdırma dünyanın 37 ölkəsində aparılıb. Ən yaxşı pensiya sisteminə malik iki ölkə - Niderland və Danimarka müvafiq olaraq 81 və 80,3 xal toplayıb. Bu nəticə onların A qrupuna (etibarlı, dayanıqlı, fayda gətirən pensiya sistemi) düşmələrinə imkan verib. Avstraliya bir qədər aşağı nəticə göstərib – 75,3 xal. Bu, reytinqdə B+ qrupuna daxil edilən yeganə ölkə olub. Digərləri 75 xaldan az toplayıb.

B qrupuna Finlandiya, İsveç, Norveç, Sinqapur, Yeni Zelandiya, Kanada, Çili, İrlandiya, İsveçrə, Almaniya düşüb – onların nəticəsi 65-75 xal arasıdır. C qrupunda isə Böyük Britaniya, Honkonq, ABŞ, Malayziya, Fransa yer alıb (60-65 xal).

Ən acınacaqlı vəziyyət isə Tayland (39,4), Argentina (39,5) və Türkiyədədir (42,2). Bu ölkələr D qrupunun ən son yerlərində qərarlaşıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)