Sosial iqtisadiyyat

Rusiya spirtli içkiləri Azərbaycanda doldurulacaq - YENİ ZAVOD

Yaxın zamanlarda Rusiyanın spirtli içkilər istehsalçısı olan "Tatspirtprom" dövlət şirkəti Azərbaycanda yerli distributor "Carchioglu Group" ilə birgə spirtli içkilərinin doldurulması zavodunu açacaq.

Rusiya mətbuatının  verdiyi məlumata görə, bu barədə "Tatspirtprom"un baş direktoru İrek Minnaxmetov bildirib.

Onun sözlərinə görə, iki və ya üç il ərzində müəssisə illik 5,5 mln. dekalitr istehsal gücü ilə yerli bazarın 20%-nə sahib olmaq niyyətindədir.

Rusiyanın spirtli içkilər bazarındakı durğunluq istehsalçıları qonşu ölkələrdə genişlənmə nöqtələrini axtarmağa məcbur edir. Bu, "Tatspirtprom"un xaricdə olan ilk obyektidir, onun idarə edilməsi isə "RusAzeri Spirits" MMC (burada tərəflər yarıbayarı pay ilə (50/50) iştirak edirlər) tərəfindən həyata keçiriləcək.

İ. Minnaxmetov onu da qeyd edib ki, əvvəl yeni müəssisədə ildə 190 min dekalitr spirtli içki istehsal etməyə planlaşdırılır, bunun da 18 min dekalitri "Tatspirtprom"un bredlərinin payına düşəcək. Perspektivdə bu göstəricini 400 min dekalitrə çatdırmaq planlaşdırılır. Zavodda ilk məhsul yaxın günlərdə buraxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)