Türk modelin Bakıda 100 min dollara çəkildiyi deyilən - REKLAM ÇARXI
Bir müddət öncə məşhur model Özge Ulusoyun reklam çəkilişi üçün Azərbaycana səfər etməsi barədə mətbuatda məlumatlar yayılmışdı.
Deyilənə görə 37 yaşlı model bir tekstil markasının siması olub və iştirak etdiyi çəkilişdən 100 min dollar miqdarında qonorar əldə edib.
Bir neçə gün öncə həmin reklam çarxı işıq üzü görüb.
Rejissor Rəşad Tuncay bu reklam işinin 9 saata çəkildiyini bildirib. R.Tuncayın sözlərinə görə, modelin vaxtının azlığını nəzərə alan texniki heyət öncədən hazırlıqlı olub.
"Model hələ Bakıya gəlməmişdən biz məşqlər edirdik. İşimizi öncədən planlaşdırmışdıq. Hər kəs öz işinin öhdəsindən məharətlə gəldi. Professional yanaşma nəticəsində hətta bəzi kadrlar 1 dubla çəkildi." dəyə rejissor bildirib.
Özge Ulusoyun bu reklamdan əldə etdiyi məbləğin əslində mətbuatda yazıldığı kimi 100 min dollar olmadığını vurğulayan R.Tuncay bunun şayə olduğunu deyib.
Həmin reklam çarxını sizə təqdim edirik: