"Rabitəbank"ın səhmdarları toplaşır

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının noyabrın 5-də qəbul etdiyi qərara əsasən, dekabrın 25-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.
"BI" xəbər verir ki, yığıncaq "Rabitəbank"ın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanındakı baş ofisində olacaq.
Yığıncağın gündəliyinə Bankın 2019-2021-ci illər üzrə tərtib edilmiş Strateji Planına əsasən onun strateji baxışının və missiya bəyanatının təqdim edilməsi, eləcə də cari və təşkilati məsələlər daxildir.