Sosial iqtisadiyyat

Prezidentdən Göyçay çayı ilə bağlı - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC xəbər verir. 

Sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeddi milyon manat ayrılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department