ENA+

Ər-Riyad "Saudi Aramco"-nun səhmlərinin 3 faizini satır

Səudiyyə Ərəbistanı hakimiyyəti "Saudi Aramco" milli neft şirkətinin səhmlərinin 3 faizə qədərini yerli birjada yerləşdirmək niyyətindədir.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu, noyabrda reallaşa bilər.

"Financial Times" nəşrinin məlumatına görə, hazırda Səudiyyə fond birjasında məhz IPO Ər-Riyad üçün prioritetdir. Beynəlxalq meydançalardan birində listinq daha sonra ola bilər.

Daha əvvəl mənbələrə istinadən "Reuters" agentliyi bildirib ki, IPO "Saudi Aramco" 2019-cu ildən Səudiyyə birjasında səhminin faizini yerləşdirməyə başlaya və 2020-ci ildə beynəlxalq meydançalardan birində satışı daha 1 faiz səhmlə davam etdirə bilər.

"Saudi Aramco"nun səhmləri əvvəllər bütovlükdə 2 trilyon dollar qiymətləndirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)