“Apple” şirkəti 5G modemlerini türk mühəndisə əmanət etdi
Samsung və Huawei kimi smartfon istehsalçıları özlərinin 5G smartfonlarını satışa çıxarsa da, 5G modemini dəstəkləyən iPhone hələ də istehsal edilməyib.
Xarici mətbuata istinadən xəbər verilir ki, son aylarda Intel-in modem bölməsini satın alan Apple, öz 5G modemini istehsal etmək səylərini sürətləndirib.
Gələn il satışa çıxacaq 5G iPhone modellərində Apple Qualcommun modemlərindən istifadə edəcək şirkət, öz modemlərini 2022-ci ildən etibarən iPhonelara gətirəcək.
Ancaq Apple bundan öncə 5G modem istehsal etmədiyi üçün istehsal zamanı bir çox problemlə üzləşə bilər. Şirkət bu problemləri mümkün qədər tez aradan qaldırmaq üçün gözləniləndən daha erkən 5G modem istehsal etmək istəyir.
2017-ci ilə qədər Qualcomm-da işləyən və sonra Apple-a transfer olan türk mühəndis Esin Terzioğlu, 5G modem istehsal prosesinin rəhbəri olacaq.
©Ted.az