Birja

İstanbul birjasında böyük çöküş

ABŞ Prezidenti Donald Trampın son sanksiya açıqlamasının ardından İstanbul birjasının indeksi (Borsa İstanbul BİST 100 indeksi) 5%-dən çox düşüb. 


Xəbər verdiyimiz kimi, Tramp, "Twitter" üzərindən verdiyi açıqlamada "Türkiyəyə böyük sanksiyalar gəlir! İnsanlar həqiqətən NATO üzvü Türkiyə ilə müharibəyə girməyimiz lazım olduğunu düşünür? Bitməyən müharibələr bitəcək",- deyib.
 
Trampın açıqlamasından sonra BIST 100 İndeksi geriləyib və yeddi ayın ən kəskin gündəlik itkisini qeyd edib. İndeks gün daxili əməliyyatlarda ən aşağı 93382,08 səviyyəsini görüb.

BIST bank indeksində geriləmə  8%-dən çoxdur. 

 
Həftənin ilk iş gününə 5.88 səviyyələrdən başlayan Dollar/TL məzənnəsi Trampın "tweet"indən sonra 0.83 faiz  artımla  5.9367 səviyyəsini görüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)