Sosial iqtisadiyyat

Azərbaycan və Türkiyə arasında "sadələşdirilmiş gömrük dəhlizi" tətbiq ediləcək

Oktyabrın 11-də Ankarada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Sonda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəTürkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan imzalayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)