Nazirlikdən 286 min manatlıq satınalma
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Sosial Müdafiə Fondu 3 şirkətlə cəmi 286 min manata yaxın müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, “Kəmər-Qaya” MMC ilə Fondunun aparatı və yerli orqanları tərəfindən istifadə ediləcək avadanlıqların satın alınması üçün 120 min 796 manatlıq müqavilə imzalayıb.
2-ci müqavilə çərçivəsində “Nur-SS” şirkətinə Dövlət sosial sığorta şəhadətnamələrinin satın alınmasına 54 min 516 manat ödəyəcək.
3-cü müqavilə çərçivəsində “Office Lines” şirkətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri tərəfindən istifadə ediləcək dəftərxana və təsərrüfat mallarının satın alınmasına görə 110 min 352 manat ödəyəcək.