Avtomobil

BMW yeni 8-ci seriya Convertible modelini təqdim etdi - FOTO

BMW yenilənmiş kupe əsasında qurulmuş yeni 8-ci seriya Convertible tipli modelini təqdim edib.

"BI" xəbər verir ki, 4 nəfərlik nəqliiyat vasitəsi 50 km / s-ə qədər açılmaq və bağlanmaq xüsusiyyıtinə malik olan yumşaq qatlanan örtük ilə təchiz edilib.

Dizaynında kiçik dəyişikliklər edilən avtomobil 2019-cu ilin mart ayında satışa çıxarılacaq. Kabriolet iki variantda təqdim ediləcək: BMW M850i xDrive Convertible, 530 at gücündə V8 4.4 litrlik benzin və BMW 840d xDrive Convertible 320-at gücü olan 3 litrlik dizel mühərriklə.

Hər iki versiya 8-sürətli avtomatik transmissiya və tam ötürücü ilə təchiz olunub. Xatırladaq ki, BMW 8 - seriyalı yeni kupenin premyerası 2018 - ci ilin iyun ayında Fransanın "24 saatlıq Le Mans" yarışında keçirilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department