Dolların sabaha olan məzənnəsi
![](https://ena.az/uploads/news/2019-10/_ena_3416d35939abbbd6ff37dcdd7_o.jpg)
Oktyabrın 11-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 11.10.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.