TURİZM

İflasa uğramış “Thomas Cook” şirkəti satılır

“Hays Travel” səyahət şirkəti iflasa uğramış “Thomas Cook” kompaniyasının Böyük Britaniyada 555 ticarət nöqtəsindən ibarət bütün pərakəndə biznesini satın alır

Xarici KİV-lərə istinadla xəbər verilir ki, bu barədə müvafiq bəyanat “Thomas Cook” kompaniyası tərəfindən səsləndirilib, lakin sövdələşmənin məbləği açıqlanmayıb. “Hays Travel” kompaniyasının qərarı 2,5 min iş yerini xilas edə bilər.

Xatırladaq ki, Britaniyanın ən qocaman turistik operatoru “Thomas Cook” sentyabrın 23-də iflasa uğradığını və bütün britaniyalı müştərilərinin ölkəyə qaytarılmasının ardından ləğv olunacağını elan edib. Həmin vaxt təxminən 160 mini Britaniya vətəndaşı olan 600 min nəfərə yaxın insan kompaniyanın göndərişi ilə xaricdə dincəlirdi. Onların repatriasiyası oktyabrın 7-də başa çatıb. “Thomas Cook” kompaniyasının ləğv olunması səbəbindən 9 min nəfər işsiz qalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)