Beynəlxalq Bank sağlamlaşdırılıb: özəlləşmə planında vəziyyət necədir?
Azərbaycan Beynəlxalq Bankında sağlaşdırma prosesi artıq yekunlaşıb.
ENA.az xəbər verir ki, ABB-in İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının ABB-dən pay alması xəbəri düzgün deyil.
Ümmumilikdə isə ABB-nin özəlləşdirilməsi ilə planda hələki ciddi bir aktivlik yoxdur. Qeyd edək ki, ABB-nin hələ 2017-ci ilin sonunda özəlləşməyə açılacağı bildirilirdi, lakin bu proses bankın tam sağlaşdırılmasından sonraya saxlanıldı.