Sosial iqtisadiyyat

Gömrük Komitəsi sentyabrda büdcəyə ödənişlərini 14%-dən çox artırıb

Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 376,759 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,348 milyon manat və ya 14,4% çoxdur.

DGK-dən "ENA"ya verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 27,439 milyon manat və yaxud 35,4% artaraq 104,87 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 20,953 milyon manat və yaxud 9,1% artaraq 251,628 milyon manat, aksizlər 1,413 milyon manat və yaxud 7,8% azalaraq 16,789 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 368 min manat və yaxud 11,9% artaraq 3,471 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department