Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunda dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
ENA.az xəbər verir ki. fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.