Hava şəraiti ilə bağlı SOCAR neftçiləri təxliyə etdi
Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq SOCAR-da təhlükəsizlik tədbirlərini maksimum gücləndirib.
SOCAR-dan verilən məlumata görə, 150 nəfər dənizdə işləyən neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil olunub, vəziyyət nəzarətdə saxlanılır. Bu halın hasilat prosesinə heç bir təsiri yoxdur.
Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.`