Prezident deputatla bağlı sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev deputat Sabir Hacıyevi təltif edib.
ENA.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.