Dövlət Xidmətinin yeni inzibati binasını inşa edəcək şirkət məlum olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin yeni inzibati binasının tikintisini həyata keçirəcək şirkətin adı açıqlanıb.
ENA.az xəbər verir ki, bu işi “Ego” MMC həyata keçirəcək.
Buna görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şirkətə 1 mln. 399 min 095 manat ödəyəcək.