Bank

“Muğan Bank” nizamnamə kapitalını 100 milyon manata çatdırıb

“Muğan Bank” ASC nizamnamə kapitalını 5 milyon manat, yaxud 5,3% artıraraq 95 milyon manatdan 100 milyon manata çatdırıb.

Bu barədə  Bankdan bildirilib.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd adi, sənədsiz, adlı səhm buraxılıb. Qiymətli kağızların hamısını “Muğan Bank”ın mövcud səhmdarları, paylarına uyğun şəkildə əldə ediblər. Yəni səhmdarların pay bölgüsü dəyişməyib.

"Yaxın aylarda nizamnamə kapitalının daha 5 milyon manat artırılması nəzərdə tutulur", - deyə Bankdan qeyd olunub. 

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)