Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti dəyişib.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,49 dollar və ya 0,91% artaraq 54,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,13 dollar və ya 1,83% azalaraq 60,78 dollar təşkil edib.