Azərbaycanda quru süd istehsal edən ikinci zavod yaradılacaq
Bakı şəhərinin Pirallahı rayonunda quru süd istehsal edən zavod tikiləcək. Dünən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu layihə üçün güzəştli kredit ayırıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, sentyabrın 24-də Pirallahı rayonunda keçirilən işgüzar forumda sahibkarlara ümumilikdə 2,6 mln. manat kredit verilib. Onların arasında quru süd istehsal edən zavodun tikintisi layihəsi də var. Şirkət və zavodun tikintisi və avadanlıqların alınması üçün investisiya həcmi barədə məlumat verilmir.