Tramp martın 18-də Putinlə danışacaq

ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacaq, bu barədə “Reuters” yazır. “Mən çərşənbə axşamı prezident Putinlə danışacam. Həftə sonu çox iş görülüb”, – deyə Tramp mətbuata açıqlama verib.
Amerika lideri hesab edir ki, Ukraynada münaqişəyə son qoymaq üçün “çox yaxşı şans” var. O, ərazi məsələsini Putinlə müzakirə edəcəyinə aydınlıq gətirib.
“Biz torpaq haqqında danışacağıq. Elektrik stansiyaları haqqında da. Düşünürəm ki, hər iki tərəf, Ukrayna və Rusiya artıq çox şey müzakirə ediblər.”, – deyə Tramp söyləyib.
Xatırladaq ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündən sonra Kiyevin 30 günlük atəşkəslə razılaşdığı açıqlanıb. Amerika tərəfi bu təklifi Moskvaya çatdırmağı öhdəsinə götürüb. Martın 13-də Putin deyib ki, Moskva Ukraynada atəşkəs təklifi ilə razıdır, lakin saziş bağlanarkən nüanslar nəzərə alınmalıdır.