Trampın BMT-dəki çıxışı ilə böyük texnologiya şirkətləri 56 milyard dollar itirdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında ABŞ Prezidenti Donald Trampın çıxışının ardından ən böyük texnologiya şirkətlərinin cəmi bazar dəyəri 56 milyard dollar azalıb.
ENA.az xəbər verir ki, FAANG səhmlərinin (Facebook, Alphabet, Amazon, Netflix, Google) bazar dəyəri Trampın sosial media şirkətlərinin gücünün artması barədə mənfi bəyanatlar verməsinin ardından "əriyib".
Tramp çıxışında "sosial media platformalarının çox böyüdüyünü, hədsiz güc qazandığını və bunu yanlış istifadə etdiklərini" ehtiva edən ifadələr işlədib. Trampın çıxışı investorlar tərəfindən yaxın vaxtlarda federal antimonopoliya orqanı tərəfindən bir araşdırma başlayacağı şəklində qəbul olunub.
Facebook və Amazon səhmləri 2,5%, Netflix səhmləri 4.4 faiz ucuzlaşıb.
Analitiklər "Bu, daha əvvəl heç vaxt baş verməyən bir risk və nəzərə alınmalıdır" şəkilində fikir bildiriblər.