Vakansiyalar

AzerGold işçilər axtarır - VAKANSİYALAR

Vakansiyanın adı:
Mətbuat katibi

Əsas vəzifə və öhdəliklər:

• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla Cəmiyyətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Cəmiyyətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək;
• Dövrü mətbuatda Cəmiyyətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Cəmiyyətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
• Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək;
• Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• MS Office proqramlarını bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli;
• KİV haqqında qanun və onun tələblərini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

Digər vakansiyalar BURADA

***

 

Vakansiyanın adı:
Daxili nəzarət şöbəsi / mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Metodologiyanın hazırlanması və tətbiqi:
- Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
- Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
- Cəmiyyətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
- Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
• Kamplayns (uyğunluq) üzrə nəzarət:
- Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
- Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
 - Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir 
• - Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür
• - Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bilik, bacarıq və səriştələr: Analiz və idarəetmə bacarığı, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki və ya hüquqi sahə üzrə ali təhsil;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Daxili nəzarət şöbəsinin mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

***

 

Vakansiyanın adı:
Ekologiya üzrə mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
• Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
• Tullantıların idarə olunması;
• Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Ekologiya üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

***

 

Vakansiyanın adı:
Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanışlıq və nəticələrin əldə edilməsi;
• Kameral şəraitdə işləmək;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə  işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dilləri arzuolunandır.
• Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Texnik-geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

***

 

Vakansiyanın adı:
Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi və təminat sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək;
• Metodologiyanın hazırlanması və tətbiqi;
• Funksional prosedur və təlimatların yaradılması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin fəaliyyəti proseslərinin təkmilləşdirilməsi və inkişafını təmin etmək;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin monitorinqi və təhlilinin edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini, rəhbərliyə Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabat təqdim etmək;
• İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyini planlaşdırmaq və onlara nəzarət etmək;
• Cəmiyyətin təşkilatı strukturunun, struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi üzrə sənədlərin və prosedurların, o cümlədən, hazırlanan təlimatların monitorinqini və razılaşdırlmasını təmin etmək;
• Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Cəmiyyəti cari qarşılıqlı münasibətləri və əməkdaşlıqların inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək;
• Müvafiq şöbə müdirinin göstərişi ilə Keyfiyyətin İdarəedilməsi Sistemlərilə bağlı olan məsələlər daxil olmaqla Cəmiyyətin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
• Əmək funksiyalarına uyğun görülmüş işlər barədə şöbənin müdirinə (onun tələbinə əsasən) vaxtaşırı, verilən göstəriş və tapşırıqların icrası barədə dərhal məlumat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Korporativ məlumat sistemində işləməyi bacarmalı;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq sertifikatları olmalı; (İSO 9001:2015)
• Daxili audit sahəsində müvafiq sertifikatları olmalı; (İSO 19011:2011)
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department