Gözdən əlillər üçün 12 mərtəbəli yaşayış binası tikiləcək - TENDER
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gözdən əlillər üçün 12 mərtəbəli yaşayış binasının layihəsinin hazırlanması üçün podratçı seçimi üzrə tender elan edib.
Yaşayış binasının 288 mənzildən ibarət olması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri 24 oktyabr saat 15:00-dək qəbul olunur. Tender proseduru 24 oktyabr saat 15:00-da baş tutacaq.*