Bank

“Paşa Sığorta”şirkətində - YENİ TƏYİNAT

Azərbaycan sığorta bazarının ən böyüyü olan “PAŞA Sığorta” ASC-nin yeni Baş risk inzibatçısı təyin edilib.

ENA.az xəbər verir ki, bu vəzifəyə 6 ildir bu sığorta şirkətində çalışan Şahin Məmmədovdur. O, artıq vəzifəsinin icrasına bu ayın 1-dən başlayıb.

Ş.Məmədov 2018-ci ilin mayından bu günə qədər Risklərin İdarəolunması Departamentində direktor kimi çalışırdı.

Qeyd edək ki, Baş risk inzibatçısnın tabeliyinə Risklərin İdarəolunması Departamenti, İnformasiya Təhlükəsizliyi Xidməti və Komplayns Xidməti kimi strukturlar aid edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)