Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb
“Azəralüminium” MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb.
MMC-nin daxil olduğu Azərbaycan Sənaye Korporasiyasından daxil olmuş məlumatda bildirilir ki, bu məhsulun metaloqrafik strukturu və mexaniki xassələri müasir standartların tələblərinə cavab verir.
İstehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır. “Azəralüminium” MMC mövcud potensialdan istifadə edərək, xaricdən alınan texniki avadanlıq hissələrinin ölkə daxilində istehsalının təşkili istiqamətində işləri davam etdirəcək.