Ukraynada dollar ucuzlaşır
Ukraynada dollar qrivnaya münasibətdə ucuzlaşmaqda davam edir.
ENA.az Milli Bankın saytına istinadla xəbər verir ki, bir dollar 24,66 qrivna olub. Bu da ötən günlə müqayisədə 10 qəpik ucuzlaşmaq deməkdir.
Sonuncu dəfə bu göstərici 2016-cı il yanvarın 24-də qeydə alınıb. Ekspertlərin bir hissəsi dolların ucuzlaşacağını, bir qismi isə birdən-birə bahalaşacağını qeyd edirlər. Onlar hesab edirlər ki, bir dollar 28 qrivna dəyərində olacaq.
Onu da qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində bir dolların 28-29 qrivna olacağı bildirilmişdi.