“Bank VTB (Azərbaycan)"da - YENİ TƏYİNAT

“Bank VTB (Azərbaycan)" ASC-nin İnsan resursları idarəsinə yeni rəhbər təyin edilib.
Əldə olunan məlumata görə, İdarə Məlahət Abdullayevaya həvalə olunub.
Bu təyinatədək Məlahət Abdullayeva "Expressbank" ASC-də İnsan resursları departamentinin rəhbəri idi.
Bu ilin İyul ayından “Bank VTB (Azərbaycan) ASC-nin İnsan resursları idarəsinə müvəqqəti olaraq Təhminə Mehdiyeva rəhbərlik edirdi. 2013-cü ildən “Bank VTB (Azərbaycan)” ASC-də çalışan Təhminə Mehdiyeva İnsan Resursları İdarəsində şöbə müdiridir.
Xatırladaq ki, “Bank VTB (Azərbaycan)" təşkilati-strukturuna görə, insan resursları üzrə bölmə departament deyil idarə adlandırılır. Bu idarəyə 3 şöbə – Kadr kargüzarlığı, Heyətin seçilməsi və Heyətin inkişafı və təlimi şöbəsi daxildir.