Tbilisidən Azərbaycan sərhədinə qədər olan yolda "ağıllı kameralar" quraşdırılıb
ürcüstanın paytaxtı Tbilisidən Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda "ağıllı kameralar" quraşdırılıb.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sürət həddini müəyyən edən "smart kameralar" Kvemo Kartli bölgəsində 4 lokasiyada yerləşdirilib.
Qeyd edək ki, "ağıllı kameralar" avtomobilin müəyyən olunan sürət həddini aşmasını avtomatik müəyyən edir və videocərimə tətbiq edir.