Funt-sterlinq rekord həddə ucuzlaşdı
İnvestorların "Brexit"lə bağlı narahatlığı səbəbindən sentyabrın 3-də funt-sterlinqin məzənnəsi dollara nisbətdə son üç il ərzində minimun həddə ucuzlaşıb.
Bu barədə ticarət məlumatlarında bildirilir.
Məzənnəyə əsasən, Britaniya valyutası 1,1968 dollaradək ucuzlaşıb.
Bu, 2016-cı ilin oktyabrındakı göstəricilərdən sonra ən aşağı səviyyədir. 2016-cı ildə bu rəqəm 1,22 dollaradək enmişdi.
İyulda "Brexit" ətrafındakı vəziyyətə görə Britaniya valyutası 2017-ci ilin aprel ayının, daha sonra isə mart ayının minimal göstəricilərinə çatmışdı.
Qeyd edək ki, Britaniya martda Avropa Birliyini tərk etməli idi, lakin Brüssellə sazişin şərtlərinə əsaslanaraq, ölkə parlamenti bir neçə dəfə o zamankı Baş nazir Tereza Meyin təklifini rədd etmişdi.
Londona 12 aprelə qədər, sonra isə 31 oktyabradək möhlət verildi. Bu vaxt ərzində tərəflər həm Londonu, həm Brüsseli qane edəcək razılaşma hazırlamalıdırlar. Lakin analitiklər hesab edir ki, AB-dən razılaşma olmadan "sərt" şəkildə çıxmaq ehtimalı hələ də mövcuddur.