Avrasiya İqtisadi İttifaqı İranla sərbəst ticarət bölgəsi yaradır
Avrasiya İqtisadi İttifaqı ilə İran arasında sərbəst ticarət bölgəsinin yaradılmasına dair müvəqqəti sazişin qüvvəyə minməsi üçün lazımi işlər yekunlaşdırılıb. Avrasiya İqtisadi Komissiyasının yaydığı məlumata əsasən, bununla bağlı tərəflər arasındakı nota mübadiləsi müvafiq sazişin oktyabrın 27-dən fəaliyyətə başlayacağı deməkdir: “İranın Rusiyadakı səfiri ilə Avrasiya İqtisadi Komissiyasının rəhbərinin görüşü zamanı təqdim olunan sazişi iyun ayında İran parlamenti təsdiqləyib və prezident imzalayıb”.
Qeyd edək ki, 2018-ci il mayın 17-də Astanada imzalanmış hökumətlərarası saziş tərəflər arasında ticarəti sərbəstləşdirməklə iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur.
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır.